Sağlamlıq üçün çox faydalı olan qreypfrutun bəzi zərərləri və ehtiyatla istehlak edilməli halları var. 

Foodinfo.az xəbər verir ki, qreypfrut bəzi dərmanların parçalanmasına təsir edərək onların təsirini gücləndirə və ya zəiflədə bilər. Xüsusilə xolesterol (statinlər), təzyiq, antibiotiklər, allergiya və antihistamin dərmanları, immuniteti zəiflədən dərmanlara təsir edə bilir.

Əgər bu tip dərmanlardan istifadə edirsinizsə, həkimə məsləhətləşmədən qreypfrut yemək məsləhət deyil.  

Qreypfrut turşulu meyvə olduğu üçün qastriti və mədə yanmasını artıra bilər. Mədə xorası olanlar və ya refluksdan əziyyət çəkənlər üçün riskli meyvədir. 

Həmçinin qreypfrut qan şəkərini azalda bilər, buna görə şəkərli diabeti olanlar ehtiyatla yeməlidirlər.  

Turşuluğu yüksək olduğu üçün həm də diş minasını zəiflətmə ehtimalı var. Bu meyvəni yedikdən sonra dərhal dişləri fırçalamaq lazım deyil, bir müddət sonra fırçalamaq daha yaxşıdır.