
Şabalıd qidalandırıcı və faydalı bir qidadır, amma miqdarına nəzarət etmək vacibdir. Foodinfo.az xəbər verir ki, gündə 6-8 ədəd orta ölçülü şabalıd yemək kifayətdir.
Şabalıdın faydaları nələrdir?
- Lif baxımından zəngindir,həzmi yaxşılaşdırır.
- Vitamin və minerallarla (C vitamini, B qrup vitaminləri, maqnezium, kalium) zəngindir.
- Qan şəkərini nisbətən sabit saxlayır, çünki digər çərəzlərdən fərqli olaraq daha az yağ və daha çox karbohidrat ehtiva edir.
Çox yeyilməsi nələrə səbəb ola bilər?
- Şabalıd nişastalı olduğu üçün həddindən artıq yeyildikdə qan şəkərini yüksəldə bilər.
- Qaz və şişkinlik yarada bilər, çünki lif tərkibi yüksəkdir.
- Kalorili olduğu üçün çox yemək çəki artımına səbəb ola bilər (100 q = təxminən 200-250 kalori).
Əgər sağlam qidalanmanı qorumaq istəyirsinizsə, gündə 6-8 ədəd şabalıd ideal balansdır. İdman edirsinizsə və aktiv həyat tərziniz varsa, 10-12 ədədə qədər yeyə bilərsiniz.