
Göbələyi yumaq olmaz, çünki suyu çox asanlıqla canına çəkir və bu, həm dadına, həm də teksturasına mənfi təsir edir.
Foodinfo.az xəbər verir ki, göbələklər suyu tez çəkdiyinə görə, yuyub bişirdikdə su onları yumşaq və elastik edir, qızardarkən isə xırtıldayan əvəzinə sulu bir hala gətirir.
Həmçinin suyla dolduğu üçün göbələyin təbii ləzzəti azalır. Əgər su çəkmiş göbələyi tavaya qoysanız, qızarmaq əvəzinə qaynamağa başlayacaq.
Bəs göbələkləri necə təmizləmək olar?
1. Nəm bir salfet və ya kağız dəsmal ilə silin – Göbələyin səthindəki torpaq və çirki təmizləmək üçün ən yaxşı üsul budur.
2. Fırça ilə təmizləyin – Kiçik bir mətbəx fırçası ilə kir və tozları rahatlıqla çıxara bilərsiniz.
3. Çox çirkli olduqda tez yuyub qurudun – Əgər yumaq məcburiyyətində qalsanız, tez durulayın və dərhal da qurudun, suyun çox hopmasına imkan verməyin.