Kaju zəngin qida dəyərlərinə malik olsa da, ölçülü istehlak edilməlidir. Foodinfo.az xəbər verir ki, mütəxəssislər gündə 20-30 qram (təxminən 10-15 ədəd) kajunun yetərli olduğunu bildirirlər.  

Kajunun faydaları:

- Zəngin maqnezium və fosfor mənbəyidir, sümükləri gücləndirir.  

- E vitamini və antioksidantlar sayəsində dərini qidalandırır.  

- Sağlam yağlar və protein ehtiva etdiyi üçün enerji verir.  

- Çox yemək təhlükəlidir? 

Həddindən artıq kaju yemək çəki artımına, həzm problemlərinə və allergiyalara səbəb ola bilər.  

Duzlu və ya qovrulmuş kaju yüksək natrium tərkibinə görə qan təzyiqini yüksəldə bilər.