Dietoloq, endokrinoloq Yuliya Atamanova tərkibində kalsium olan məhsullar haqqında danışıb. Foodinfo.az xəbər verir ki, Gazeta.Ru ilə söhbətində ekspert qeyd edib ki, kalsium süd məhsulları ilə yanaşı, ət, meyvə-tərəvəz, dənli bitkilər, çörəkdə də var.

"Süd məhsullarından kifayət qədər kalsium aldığınıza əmin deyilsinizsə, kalsium kalkulyatorundan istifadə edin" – deyə Atamanova qeyd edib.

Mütəxəssisin sözlərinə görə, 18 yaşdan yuxarı yetkin bir insanın gündə 1000 mq kalsiuma ehtiyacı var.  “Bu normaya çatmaq üçün gündə üç porsiya süd məhsulları yemək lazımdır. Bir porsiya 30 q pendir, 100 q kəsmik, 200 ml süd və ya mayalanmış süd məhsulları və ya 125-150 q qatıqdır”, - deyə diyetoloq əlavə edib.