Bu ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31 mlrd 663,2 mln manatlıq, o cümlədən 17 mlrd 034,5 mln manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14 mlrd 628,7 mln manatlıq qeyri-ərzaq malları satılıb. foodinfo.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,5 %, o cümlədən qeyri-ərzaq malları üzrə 6,1 % azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3 % artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2,4 dəfə çox olub. Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2019-cu ilin yanvar - oktyabr aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 31 663,2 98,5
o cümlədən:
ərzaq məhsulları 15 424,6 103,3
içkilər və tütün məmulatları 1 609,9 100,2
toxuculuq məhsulları, geyim və ayaqqabılar 5 082,6 87,0
elektrik malları və mebellər 1 778,2 93,3
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 248,6 100,2
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 553,3 132,8
avtomobil benzini və dizel yanacağı 1 708,7 98,5
digər qeyri-ərzaq malları 5 257,3 96,6
2020-ci ilin yanvar-oktyabr aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,7 %i ərzaq məhsullarının, 5,1 %-i içkilər və tütün məmulatlarının, 16,1 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 %-i elektrik malları və mebellərin, 5,4 %-i avtomobil benzini və dizel yanacağının, 1,7 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 23,1 %-i ticarət müəssisələri, 52,9 %-i fərdi sahibkarlar tərəfindən, 24 %i isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,6 %, fərdi sahibkarlar üzrə 3,8 % artmış, bazar və yarmarkalarda isə 17,5 % azalmıb. 2020-ci ilin yanvar-oktyabr aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 317,4 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 170,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 146,6 manatlıq qeyri-ərzaq malları alıb.