Masada hərəkətsiz oturmaq qabiliyyəti uşaqdan uşağa və yaşa görə dəyişir. Orta hesabla, uşaqlar hər il boyu 2-5 dəqiqə artırmaqla masa arxasında otura bilirlər. Məsələn, 3 yaşlı uşaq 6-15 dəqiqə, 5 yaşlı uşaq 10-25 dəqiqə, təxminən 7 yaşında isə 15-35 dəqiqə otura bilər.

Bu müddət kontekstdən asılı olaraq daha qısa və ya uzun ola bilər. Məsələn, yeməkdən həzz alan uşaq, oturma vaxtı gələndə yorğun uşaqdan daha uzun oturacaq.

Nə üçün övladınız  yemək zamanı əyləşmir?

Övladınız müxtəlif səbəblərdən masa arxasında oturmaqda çətinlik çəkə bilər:

- Eyni pozisiyada əyləşmək üçün lazımı əzələlərin inkişf etməməsi səbəb ilə bu müddət hərəkətli, narahatedici keçə bilər

- Aktiv temperamentə malik olan uşağın  gün ərzində və yeməkdən əvvəl kifayət qədər hərəkət etməməsi, yemək müddətində  enerji xərcləməyə ehtiyacının yaranmasına səbəb ola bilər

- Gün içində çox yorulması və istrahətin əngəllənməsi

- Ac deyil və ya yeməyi sevmir

- Darıxdırıcı vəziyyət və ya müzakirələrdən kənar qalması, stresli müzakirə mövzularından qaçmaq istəməsi və ya ekranların (televiziya, planşet, mobil telefon) diqqətini yayındırması səbəb ola bilər.

Unutmayın ki. əyləşmə müddətinin pozulması pis vərdiş və ya diqqəti cəlb etməyin üsulu deyil.

Əyləşmək müddətini uzatmaq üçün  necə kömək edə bilərəm?

Uşağınızı masada bir az daha uzun müddət oturtmağa kömək edəcək bəzi məsləhətlər.

Uşağınızın rutinini qəfil dəyişməmək şərtilə aşağıdakıları yavaş-yavaş təqdim edin, çünki bu, onun sabitliyini poza bilər.

- Övladınız üçün uyğun ölçüdə oturacağın təşkili və ayaqlarının toxunması üçün kiçik dəstəklərdən istifadə edə bilərsiniz.

- Yorğun vəziyyətində yemək saatında kiçik dəyişiklik edə bilərsiniz. Və ya uşaq hələ də enerjilidirsə bir necə dəqiqə öncə aktiv fəaliyyət təklif edə bilərsiniz (pilləkənləri qalxmaq, rəqs etmək və s. kimi). Yaxud yemək masasında sensor, antistress top təklif edin.

- Real gözləntilər edin: 5 yaşlı uşaq masa kənarında 5 dəqiqə oturaq vəziyyətində qala bilirsə, bu müddfəti 25 dəqiqəyə uzatmaq deyil, kiçik hədəf kimi 10 dəqiqə etmək lzımdır.

- İlk başlarda uşağı hazır masaya dəvət edin, masa üzərində lazımı hər şeyi hazır edin ( su, çörək, uz və s.). Masa kənarında qalxaraq onu gözlətməyin və əyləşmək müddətinin dəstəklənməsi üçün yaxşı rol model olun.

- Masada xoş atmosfer yaradın. Ekranları söndürün,  stressli söhbət mövzularından və danlamaqdan çəkinin.

- Övladınızla danışın və onu söhbətə daxil edin. Onunla keçirdiyi günlə bağlı suallar verin, məsələn, müəllimlərinin danışdığı hekayə və s. Qarşılıqlı ünsiyyət onun ayağa qalxmaq istəməsi ehtimalı azalacaq. Əgər övladınız kiçikdirsə və ya nitqi hələ də məhduddursa, onunla masadakı yeməklər haqqında danışın (məsələn: yeməyin adını, rəngini soruşun).

-Söhbətlər uşağınız üçün stress mənbəyidirsə, daha az danışın və ya sadə suallar seçin. Məsələn, "Bizə gününündən danış..." demək əvəzinə: "Bu gün çöldə oynamısan?" kimi.

- Yeməkdən sonrakı fəaliyyətə diqqət yetirin. Uşaq üçün həyacanlı və ya sevdiyi bir fəaliyyət olacaqsa masa kənarında qalmaq istəməyə bilər.

- Yeməyin müddətini göstərmək üçün konkret markerlərdən istifadə edin. Məsələn, nə qədər oturmaq lazım olduğunu göstərən vizual taymer və ya sakit musiqi. Yavaş-yavaş uşağınız musiqini tanımağı və nə vaxt qalxa biləcəyini təxmin etməyi öyrənəcək.

- Uşağınızın süfrə arxasından başqa yerdə yemək yeməsinə və hətta başqa şəraitdə (məsələn, qəlyanaltılar) ayaq üstə yeməsinə icazə verməyin. Yeməyi masa arxasında oturma vərdişi ilə əlaqələndirmək vacibdir.

- Yemək müddəti qeyri-adi dərəcədə uzun olduqda, onun ayağa qalxmasına və yemək zamanı bir neçə dəqiqə hərəkət etməsinə və masaya qayıtmasına icazə verin.

- Yemək müddətində oturduğu hallarda onu həvəsləndrin və yeməkdən mükafat (məsələn, desert) kimi istifadə etməyin.​​​​