Qida məhsulları arasında ən uzun saxlama müddəti olan qidalar sırasında ilk yeri bal tutur. Təbii ki, düzgün şəraitdə saxlasanız... Bu, balın bir çox xüsusiyyətlərinin birləşməsi ilə əlaqədardır.
Foodinfo.az bu xüsusiyyətləi qısaca təqdim edir.
Bal kifayət qədər maye halında görünsə də, əslində tərkibində su olduqca azdır. Eyni zamanda, mikroorqanizmlərin istifadə edə biləcəyi suyun ölçüsü olaraq təyin olunan aşağı su aktivliyi balın toxunulmaz qalmasını təmin edir.
Balın turşuluğunun aşağı olması onun tərkibindəki limon, formik və əsasən qlükon turşusunun olması ilə bağlıdır. Bu turşuların ən əhəmiyyətlisi olan qlükonik turşu arı fermentləri tərəfindən istehsal olunur.
Qlükon turşusu istehsal edilərkən, hidrogen peroksid adlı bir qoruyucu maddə də istehsal olunur. Təbii olaraq istehsal olunan bu kimyəvi maddə bala antimikrobiyal xüsusiyyət verir.
Bütün bu amillər düzgün saxlama və qablaşdırma şərtləri ilə birləşdirildikdə balın saxlama müddəti uzanır.